Stress azaltmaq üçün qəbul etdiyi dərman qızı kor etdi
17
yaşlı qızın stress azaltmaq üçün qəbul etdiyi dərmanlar əks təsir
göstərib.
Milli.Az xəbər verir ki, Türkiyənin Antalya şəhərində yaşayan 17
yaşlı Hikmet Mina Kara adlı qız imtahan stresini azaltmaq üçün
həkimin tövsiyyə etdiyi dərmanları qəbul etdikdə bədəni həblərə əks
reaksiya verib. Belə ki, qızın bədənində yanıq izləri əmələ gəlib,
görmə qabiliyyətini itirib.
Halı pisləşən və görmə qabiliyyətini itirən qız Antalya dövlət
xəstəxanasına yatırılıb. O, hazırda reanimasiyadadır.
Qızın anası iddia edir ki, ilk dəfə müraciət etdiyi klinikada ona
yanlış dərmanlar yazılıb.
Məsələ ilə bağlı araşdırma aparılır.
Mənbə-Milli.az