Ölümcül virus “AliExpress” bağlamaları ilə ötürülə bilər - TƏHLÜKƏ
09:39 / 25.01.2020
Çində yayılan koronavirus başqa ölkələrə
sərnişinlərin yükləri və hətta bağlamalarla, məsələn
“AliExpress”dən gətirilənlərlə gələ bilər.
Rusiya hökuməti artıq bununla bağlı tədbirlərə başlayıb.
Bu barədə “Baza” teleqram-kanalı xəbər yayıb.
Bildirilir ki, poçtla işləyən, sərnişinlərin yükləri və insanlarla
təmasda olan gömrük işçilərinə tibbi maskalar və əlcəklər təqdim
olunub. İşçilərə Cənub Şərqi Asiyadan olan yüklərlə xüsusi
ehtiyatla davranmaq göstərişi verilib.
“Aeroportlarda sərnişinlərin yüklərini yoxlayan gömrük işçiləri
ancaq xüsusi geyimdə, tibbi maskada və əlcəkdə işləyirlər,
dezinfeksiyaedici maddələrdən istifadə edirlər", - deyə Rusiya
Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələri məlumatı
təsdiqləyiblər.
Onların sözlərinə görə, beynəlxalq poçt şöbələrində işləyən
müfəttişlərə yanvarın 22-dən etibarən bağlamalarla yalnız qoruyucu
vasitələrdə təmasda olmaq göstərişi verilib.
Mənbə-Oxu.az