Marneuli meriyası 5 yeni avtobus almaq üçün 2020-ci ilin büdcəsindən 633 000 lari xərcləyəcək

Marneuli meriyası ən az 5 yeni avtobus almaq üçün 2020-ci ilin büdcəsində 633 000 lari xərcləməyi nəzərdə tutub.


Bu haqda məlumatı 23 yanvar tarixində Bələdiyyə Məclisinin iclasında meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov verib və qeyd edib ki, bələdiyyə nəqliyyatı şirkəti “Avtopark” MMC-yə 2020-ci ildə ən az 5 avtobus verilməlidir.

Marneuli meri Zaur Darğallı etiraf edir ki, beş avtobusun alınması problemi həll etməyəcək, sadəcə mövcud vəziyyəti yüngülləşdirəcək.

Marneuli şəhəri və ətraf kəndlərə iki bələdiyyə şirkəti “Ekspress Turist” MMC və “Avtopark” MMC xidmət göstərir. Demək olar ki, nəqliyyat vasitələrinin əksəriyyəti köhnəlib.

 

Print Email
FaceBook Twitter Google