Koronavirusa yoluxmuş ilk xəstə sağalıb. Bu barədə Yoluxucu
Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia məlumat
verib.
Onun sözlərinə görə, ötən gün təkrar analiz götürülüb və “CoVid-19”
üçün cavab mənfi olub.
“Bilirsiniz ki, koronavirusa ilk yoluxma 26 fevral tarixində
olmuşdu. 14 gündən sonra təkrar test keçirilmişdi və az da olsa
virus var idi. Ötən gün yenə
analiz götürüldü və mənfi cavab aldıq.
Bu çox yaxşı faktdır. Lakin qaydalara görə, 24 saat ərzində yenə
analiz götürülməlidir və yenə mənfi cavab alarsaq, deyə bilərik ki,
o, sağalıb. Ümid edirik ki, bu doğurdan da belə olacaq”, – Ezuqbaia
deyib.
Xatırladırıq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 26
fevral tarixində İrandan Gürcüstana gələn 50 yaşlı kişidə
aşkarlanmışdı.
Mənbə:
İnterPressNews