Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 472 yoluxma halı qeydə alınıb, 4 058 nəfər sağalıb, 34 nəfər isə dünyasını dəyişib.

Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 127 942 nəfərə, ölənlərin sayı isə 1 195 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 92 215 nəfərin sağaldığı bildirilir.
Print Email
FaceBook Twitter Google