Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19)
infeksiyasına 4 472 yoluxma halı qeydə alınıb, 4 058 nəfər sağalıb,
34 nəfər isə dünyasını dəyişib.
Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat
yayıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 127 942 nəfərə,
ölənlərin sayı isə 1 195 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 92 215 nəfərin sağaldığı bildirilir.