28 noyabr tarixindən Gürcüstan hökumətinin qərarına əsasən ölkə
miqyasında müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
Marneuliyə də aid olan əsas məhdudiyyət saat 21:00-dan saat 05:00-a
qədər hərəkətin qadağan edilməsidir. Hərəkət piyadalara və eləcə də
nəqliyyat vasitələrinə də qadağan ediləcək. Yeni il gecəsi, 31
dekabr və Milad gecəsi 6 yanvar gecəsi istisna olacaq.
Sərnişinlərin ölkə miqyasında dəmiryolu, avtobus, taksilərlə
şəhərlərarası daşınması qadağan olunur. Minik avtomobillərinə
(eləcə də taksilərə) məhdudiyyət qoyulmur. Marneulidə bələdiyyə
nəqliyyatının dayandırılması indiki mərhələdə planlaşdırılmır.
Məhdudiyyət yalnız böyük şəhərlərə – Tbilisi, Batumi, Kutaisi,
Rustavi, Qori, Poti, Zuqdidi və Telaviyə aiddir. Marneulidə
şəhərlərarası nəqliyyata məhdudiyyət qoyulur. Mikroavtobuslar
hərəkət etməyəcək, minivenlər isə adi rejimdə çalışacaqlar.
Restoran və qida obyektləri yalnız sifarişləri çatdırmaq xidməti
göstərəcəklər. Fitnes zalların və üzgüçülük hovuzlarının fəaliyyəti
qadağan olunur. Bütün konfranasların, təlimlərin, mədəni, əyləncəli
tədbirlərin keçirilməsi yalnız onlayn qaydada yolveriləndir.
Məhdudiyyətlərin yüngülləşdirilməsi mərhələli şəkildə
planlaşdırılır.
24 dekavr-2 yanvar tarixində ölkə miqyasında ticarət mərkəzləri,
açıq və qapalı bazarlar işləyəcək, bələdiyyə və şəhərlərarası
nəqliyyatın fəaliyyəti bərpa olunacaq.
Məhdudiyyətlər bir neçə iqtisadi işlərə – dövlət və özəl
tikinti-təmir işlərinə, bank və maliyyə, ərzaq, heyvan qidaları,
apteklər, baytarlıq aptekləri, məişət kimyəvi və gigiyena
mağazalarının və mətbuat köşklərinin fəaliyyətinə, daşınma
xidmətlərinə, gözəllik salonlarına və estetik tibbi mərkəzlərin
fəaliyyətinə, avtomobil xidmətləri və texniki müfəttişlik, məişət
texnikasının təmiri xidmətlərinə, aqrar bazarların fəaliyyətinə aid
deyil. 3 yanvar-15 yanvar dövründə ölkə miqyasında istirahət günü
elan olunur.
Gürcüstan hökuməti tərəfindən tətbiq edilmiş məhdudiyyətlər 31
yanvar tarixinə qədər davam edəcək.