Bu gündən Gürcüstanda hansı məhdudiyyətlər qüvvəyə mindi
28 noyabr tarixindən Gürcüstan hökumətinin qərarına əsasən ölkə miqyasında müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Marneuliyə də aid olan əsas məhdudiyyət saat 21:00-dan saat 05:00-a qədər hərəkətin qadağan edilməsidir. Hərəkət piyadalara və eləcə də nəqliyyat vasitələrinə də qadağan ediləcək. Yeni il gecəsi, 31 dekabr və Milad gecəsi 6 yanvar gecəsi istisna olacaq.

Sərnişinlərin ölkə miqyasında dəmiryolu, avtobus, taksilərlə şəhərlərarası daşınması qadağan olunur. Minik avtomobillərinə (eləcə də taksilərə) məhdudiyyət qoyulmur. Marneulidə bələdiyyə nəqliyyatının dayandırılması indiki mərhələdə planlaşdırılmır. Məhdudiyyət yalnız böyük şəhərlərə – Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telaviyə aiddir. Marneulidə şəhərlərarası nəqliyyata məhdudiyyət qoyulur. Mikroavtobuslar hərəkət etməyəcək, minivenlər isə adi rejimdə çalışacaqlar.

Restoran və qida obyektləri yalnız sifarişləri çatdırmaq xidməti göstərəcəklər. Fitnes zalların və üzgüçülük hovuzlarının fəaliyyəti qadağan olunur. Bütün konfranasların, təlimlərin, mədəni, əyləncəli tədbirlərin keçirilməsi yalnız onlayn qaydada yolveriləndir. Məhdudiyyətlərin yüngülləşdirilməsi mərhələli şəkildə planlaşdırılır.

24 dekavr-2 yanvar tarixində ölkə miqyasında ticarət mərkəzləri, açıq və qapalı bazarlar işləyəcək, bələdiyyə və şəhərlərarası nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

Məhdudiyyətlər bir neçə iqtisadi işlərə – dövlət və özəl tikinti-təmir işlərinə, bank və maliyyə, ərzaq, heyvan qidaları, apteklər, baytarlıq aptekləri, məişət kimyəvi və gigiyena mağazalarının və mətbuat köşklərinin fəaliyyətinə, daşınma xidmətlərinə, gözəllik salonlarına və estetik tibbi mərkəzlərin fəaliyyətinə, avtomobil xidmətləri və texniki müfəttişlik, məişət texnikasının təmiri xidmətlərinə, aqrar bazarların fəaliyyətinə aid deyil. 3 yanvar-15 yanvar dövründə ölkə miqyasında istirahət günü elan olunur.

Gürcüstan hökuməti tərəfindən tətbiq edilmiş məhdudiyyətlər 31 yanvar tarixinə qədər davam edəcək.


"Marneuli" Radiosu
Print