Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Azərbaycanın Gürcüstandakı səfiri Gürcüstanın təhsil naziri ilə görüşüb
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Çxenkeli ilə görüşüb.

Görüşdə tərəflər ölkələr arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

M.Çxenkeli Gürcüstan ilə Azərbaycanın sözügedən sahələrdə reallaşdırdığı birgə layihələri müsbət qiymətləndirib.

Nazir bildirib ki, ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi araşdırmaların aparılması böyük əhəmiyyət kəsb edir.

F.Quliyev Azərbaycanın Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

Diplomat elm və təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin müsbət dinamikasının digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
FaceBook Twitter Google