Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 108 nəfər saxlanılır.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 2 nəfər azalıb.

İttiham olunan 11 vətəndaşın 7-si kişi, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 86-sı kişi, 11-i qadın olmaqla 97-dir.

Hesabatda qeyd olunub ki, Gürcüstanda probasiya nəzarətində olan əcnəbilərin 30-u Azərbaycan vətəndaşıdır. Onların 29-u kişi, 1-i qadındır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google