Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Gürcüstan iqtisadiyyatı oktyabr ayında 3,9% azalıb
Gürcüstan iqtisadiyyatı 2020-ci ilin oktyabr ayında ötən ilin oktyabr ayı ilə müqayisədə 3,9% azalıb. Statistika Xidmətinin ilkin məlumatına görə, cari ilin 10 ayı ərzində ölkə iqtisadiyyatı 5,1% azalıb. Ən böyük azalma isə ikinci rübdə qeydə alınıb və ümumi daxili məhsul 13,2% azalıb.

2020-ci ilin oktyabr ayında ötən ilin analoji dövrü ilə müqayisədə maliyyə və sığorta işlərindən başqa demək olar ki, bütün sektorlarda azalma qeydə alınıb. Yanvar-oktyabr aylarında ixrac 11,1%, idxal isə 16,6% azalıb.

Gürcüstanda oktyabr ayında 4 046 yeni qurum qeydiyyatdan keçib. Bu isə 2019-cu ilin oktyabr ayı ilə müqayisədə -4,4%-dir. Statistika Xidmətinin ilkin məlumatına görə, oktyabr ayında əlavə dəyər vergisi ödəyən qurumların dövriyyəsi 2,3% azalıb və təxminən 7,6 milyard lari təşkil edib.

Mənbə: Netgazeti
FaceBook Twitter Google