Rustavidə yol-nəqliyyat hadisəsi baş verib [video]
11:27 / 30.11.2020
Rustavidə, Dostluq prospektində qəza baş verib.
"Info Rustavi"-nin verdiyi məlumata görə, əvvəlcə "Nissan" markalı
avtomobil ilə "Toyota" markalı avtomobil toqquşub, hadisə yerinə
patrul polis ekipajı səfərbər olunub. Sonradan, dayanmış patrul
ekipajını "Fiat" markalı avtomobil vurub, bu səbəbdən başqa bir
patrul polis ekipajı da hadisə yerinə çağrılıb.