Rustavidə yol-nəqliyyat hadisəsi baş verib [video]
Rustavidə, Dostluq prospektində qəza baş verib.

"Info Rustavi"-nin verdiyi məlumata görə, əvvəlcə "Nissan" markalı avtomobil ilə "Toyota" markalı avtomobil toqquşub, hadisə yerinə patrul polis ekipajı səfərbər olunub. Sonradan, dayanmış patrul ekipajını "Fiat" markalı avtomobil vurub, bu səbəbdən başqa bir patrul polis ekipajı da hadisə yerinə çağrılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Mənbə: inforustavi.ge
Print