Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Marneuli meriyasından bildirirlər ki, əyilmiş elektrik dirəyi təhlükə yaratmır
Marneuli şəhərinin Çolokaşvili küçəsində elektrik dirəyi xarab olub.

Dirək əyilib. Elektrik dirəyi yaşayış binasına yaxın yerləşir və onu yıxılmaqdan ağac saxlayır.

“Marneuli” radiosu 16 noyabr tarixində qeyd olunan məsələ ilə bağlı material hazırlamışdı. Ancaq iki həftə keçməsinə baxmayaraq dirək yenə də təmir olunmayıb.

Marneuli bələdiyyəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, Çolokaşvili küçəsində yerləşən elektrik dirəyi əhaliyə təhlükə yaratmır.

Çünki araşdırma nəticəsində müəyyən edilib ki, dirəyin yıxılmaq təhlükəsi yoxdur. Buna baxmayaraq meriyadan bildirdilər ki, elektrik dirəyinin təmirə ehtiyacı var və güman ki, həftə sonu işlərə başlanılacaq.


FaceBook Twitter Google