Bir neçə gündür Marneulinin Rustaveli küçəsində Yeni il
işıqlandırmasının quraşdırılması işləri aparılır.
Meriyanın Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər ötən
ilin resursları ilə bəzədiləcək və yeni avadanlıqlar
alınmayacaq.
Yerli özünüidarə 2020-ci ilin qarşılanmasına 300 000 lariyə qədər
pul xərcləmişdi.
Ötən il Yeni il bəzəklərinin alınması/qurulması və xidmət (montaj)
üçün 247 000 lari, Yeni il tədbirlərinin təşkil edilməsinə isə 49
150 lari dəyərində tender elan edilmişdi.
Meriya epidemioloji vəziyyətə görə bu il Yeni il tədbirlərinin
təşkil edilməsi üçün tender elan etməyəcək. Ötən il Yeni il
işıqlarının quraşdırıldığı əsas yerlər
- Fəvvarə və fəvvarənin ətrafındakı məkan
- Mağalaşvili
körpüsü
- Rustaveli prospekti
- Meriya binası və binanın ərazisi
- Mədəniyyət Mərkəzi və park
"Marneuli" Radiosu