Gürcüstan 4,8 milyon ABŞ dollar dəyərində xurma ixrac edib

kologiya və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, cari ilin 1 avqust tarixindən 29 noyabr tarixinə qədər olan dövrdə Gürcüstandan 9 088 ton xurma ixracı həyata keçirilib.



İxracın dəyəri 4,8 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə həyata keçirilmiş xurma ixracının həcmi 2019-cu ilin analoji dövrünə olan göstəricilərdən 27%, ixrac dəyəri isə 31% çoxdur. Həmin dövrdə xurma ixrac qiyməti artıb.

Qurumun verdiyi məlumata görə, cari ildə Rusiya Federasiyasına (4004 ton), Ukraynaya (2931 ton) və Ermənistana (2009 ton), eləcə də Belorus, Qatar, Moldova, Honq-Konq, Qazaxıstan və Macarıstana xurma ixrac həyata keçirilib.

Mənbə: report.ge

 

Print Email
FaceBook Twitter Google