kologiya və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, cari
ilin 1 avqust tarixindən 29 noyabr tarixinə qədər olan dövrdə
Gürcüstandan 9 088 ton xurma ixracı həyata keçirilib.
İxracın dəyəri 4,8 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə həyata keçirilmiş xurma ixracının həcmi 2019-cu
ilin analoji dövrünə olan göstəricilərdən 27%, ixrac dəyəri isə 31%
çoxdur. Həmin dövrdə xurma ixrac qiyməti artıb.
Qurumun verdiyi məlumata görə, cari ildə Rusiya Federasiyasına
(4004 ton), Ukraynaya (2931 ton) və Ermənistana (2009 ton), eləcə
də Belorus, Qatar, Moldova, Honq-Konq, Qazaxıstan və Macarıstana
xurma ixrac həyata keçirilib.
Mənbə: report.ge