Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2020-ci
ilin 1 avqust tarixindən 29 noyabr tarixində qədər olan dövrdə
Gürcüstandan 562 ton alma ixrac edilib.
İxarc edilmiş almanın dəyəri 2,4 milyon ABŞ dolları təşkil
edib.
Qeyd olunan dövrdə həyata keçirilmiş alma ixracının həcmi 2019-cu
ilin analoji dövründə həyata keçirilmiş ixracın həcmindən 13 dəfə
artıqdır. İxracın dəyəri isə 2,1 milyon ABŞ dollar artıb.
Cari ildə alma ixracı Rusiya Federasiyasına, Qazaxıstana,
Ermənistan, Sinqapur və Honq-Konqa həyata keçirilib.