Gürcüstanda son sutkada koronavirusa 998 nəfər yoluxub, 16 pasiyent ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 998 yeni yoluxma halı
təsdiqlənib, 1 892 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə
vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 252 972
nəfər yoluxub ki, onların da 240 629-u sağalıb, 3 038-si isə ölüb.