Məmmədov Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda yer alıb
Məmmədov və Məmmədova soyadları Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğuna daxil olub.

Bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirilib.

Siyahıya əsasən, ölkədə Məmmədov soyadı populyarlığına görə V, Məmmədova soyadı isə IX yerdədir. Gürcüstanda Məmmədov soyadlı 14 893, Məmmədova soyadlı isə 13 006 nəfər var.

Gürcüstanda ən çox rast gəlinən soyad isə Beridzedir. Bu familiyanı daşıyanların sayı 29 593 nəfərdir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google