Gürcüstan Prezidenti NATO Baş katibi ilə görüşüb
Gürcüstan Prezidenti Salome Zurabişvili NATO Baş katibi Yens
Stoltenberq ilə görüşüb.
Bu barədə NATO Baş katibi “Twitter”də bildirib.
“Vacib tərəfdaş olan Gürcüstanın Prezidenti Salome
Zurabişvili ilə görüşmək xoşdur. Mən əməkdaşlığımızın daha da
dərinləşəcəyini səbirsizliklə gözləyirəm. NATO Gürcüstandakı
islahatları, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü
dəstəkləyir”, - deyə Yens Stoltenberq qeyd edib.
Qeyd edək ki, görüş Gürcüstan Prezidentinin Brüsselə səfəri
çərçivəsində baş tutub.