Gürcüstanda koronavirusa 546 yeni yoluxma qeydə alınıb, 17 nəfər vəfat edib
Gürcüstanda son sutkada daha 546 nəfərdə koronavirus infeksiyası
aşkarlanıb, 1 456 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 253 518 yoluxma faktı
təsdiqlənib. Yoluxanların 242 085-i sağalıb, 3 055-i isə dünyasını
dəyişib.
Karantin rejimində 511, stasionar nəzarətdə isə 3 272 nəfər
saxlanılır. 443 nəfər isə xüsusi otellərdə müalicə olunur.