“Fevralın 1-dən müntəzəm aviareyslərin bərpasından
sonra Gürcüstana gələn sərnişinlər mütləq qaydada son 72 saat
ərzində aparılmış PCR testin nəticəsini təqdim etməli
olacaqlar”.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, bu qayda koronavirusa qarşı peyvəndin hər iki
mərhələsindən keçən şəxslərə şamil edilməyəcək.
Mərkəz rəhbəri qeyd edib ki, Gürcüstana səfər edən şəxslərin bir
neçə gündən sonra təkrar PCR testdən keçməsi ilə bağlı tələbin
tətbiq olunub-olunmayacağı məsələsi hazırda müzakirə edilir.
Qeyd edək ki, Gürcüstanın uçuşları, ilk növbədə, Avropa İttifaqı,
Fars körfəzi ölkələri və İsraillə bərpa edəcəyi gözlənilir.
Mənbə: report.az