Azərbaycan gürcü şərabının idxalını artırıb
2020-ci ildə Azərbaycan Gürcüstandan 585,3 min ABŞ dolları dəyərində 142 010 litr təbii üzüm şərabı idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik illik müqayisədə 6 061 litr və yaxud 4,45% çoxdur.

Ötən il Gürcüstandan Azərbaycana ümumi dəyəri 324,1 min ABŞ dolları olan 340 311 litr pivə də ixrac olunub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 10 654 litr və yaxud 3% azdır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google