Marneuli Səhiyyə Mərkəzinin rəhbərinin sözlərinə görə koronavirusa yoluxma halları ciddi şəkildə azalıb
“Vəziyyət stabilləşib, kovidə yoluxma halları demək olar ki, yoxdur və buna çox sevinirəm,” – bu sözləri Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze Marneulidə epidmeioloji vəziyyətlə bağlı sualı cavablandırarkən bildirdi.

Laperadzenin bildirdiyinə görə, indiki mərhələdə Marneuli bələdiyyəsindəki vəziyyət qənaətbəxşdir.

Qeyd etmək lazımdır ki, koronavirus halları ilə bağlı gündəlik yoluxma barədə bizə məlumat vermirlər. Statistikanı əldə etmək üçün isə rəsmi məktubla artıq müvafiq xidmətə müraciət etmişik. Cavab alan kimi sizə təqdim edəcəyik.

Print Email
FaceBook Twitter Google