“Vəziyyət stabilləşib, kovidə yoluxma halları demək
olar ki, yoxdur və buna çox sevinirəm,” – bu sözləri
Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze
Marneulidə epidmeioloji vəziyyətlə bağlı sualı cavablandırarkən
bildirdi.
Laperadzenin bildirdiyinə görə, indiki mərhələdə Marneuli
bələdiyyəsindəki vəziyyət qənaətbəxşdir.
Qeyd etmək lazımdır ki, koronavirus halları ilə bağlı gündəlik
yoluxma barədə bizə məlumat vermirlər. Statistikanı əldə etmək üçün
isə rəsmi məktubla artıq müvafiq xidmətə müraciət etmişik. Cavab
alan kimi sizə təqdim edəcəyik.