Marneulidə mövsümi qrip peyvənd vurduranların sayı 2019-cu ilə nisbətən artmışdır

Marneuli bələdiyyəsi miqyasında 1 268 mövsümi qrip peyvəndi vurulub.



Bu barədə Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze məlumat verdi. O, qeyd etdi ki, bələdiyyədə peyvəndin vurulmasına 16 oktyabr tarixində başlayıblar və bu günə qədər davam edir. Onun sözlərinə görə, ötən illə müqayisədə peyvənd vurulanların sayı artıb.

“Qocalara, sığınacaqda yaşayanlara, pedaqoqlara, hamilələrə, hemodializ olan xəstələrə, tibbi heyətə və onların ailə üzvlərinə, kənd həkimlərinə, şəkərli diabeti olan şəxslərə, 60-70 yaşdan yuxarı adamlara – faktiki olaraq hamıya peyvənd vurulur. Kimin istəyi varsa, bu gün də gəlib “Geo Hospitals” və “Mediks” poliklinikasında peyvənd vurdura bilər, problem deyil.”

Laperadze qeyd edir ki, planlı peyvəndlərlə bağlı faiz göstəricilərinə əsasən müraciətlərin olduqca yüksək olduğunu deyə bilərik.

“Bizdə heç kim bu peyvəndlərə etimadsızlığını bildirmir. Təxminən 95% əhatə edirik. Uşaqlara normal peyvənd vurulur. İnfeksiyalar yoxdur. Bu il qızılca, çiçək, difteriyanın-heç bir xəstəlik qeydə alınmayıb, bunlar hamısı bizim hər il etdiyimiz peyvəndlərin nəticəsidir.”

Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbərindən Marneulidə mövcud olan epidemioloji vəziyyətlə bağlı da soruşduq. Eter Laperadze “Marneuli” radiosuna verdiyi müsahibəsində qeyd etdi ki, bələdiyyədə olan vəziyyət qənaətbəxşdir.

“Vəsiyyət stabilləşib, kovid halları demək olar ki, yoxdur və buna çox sevinirəm”, – Eter Laperadze dedi.

Qeyd etmək lazımdır ki, koronavirus halları ilə bağlı gündəlik yoluxma barədə bizə məlumat vermirlər. Statistikanı əldə etmək üçün isə rəsmi məktubla artıq müvafiq xidmətə müraciət etmişik. Cavab alan kimi təqdim edəcəyik.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər