David Zalkalianinin COVID-19-a yoluxduğu təsdiqlənib
Gürcüstan xarici işlər naziri Davit Zalkalianidə koronavirus təsdiqlənib. Bu barədə məlumatı Baş nazirin müavini özü yayıb.

Zalkaliani, 23 yanvarda yoluxmuş şəxslə əlaqə qurduğunu, bundan sonra özünü təcrid etdiyini və daha sonra PCR təstinin müsbət çıxdığını bildirib. Nazirin sözlərinə görə, evdə müalicəsinə davam edir:

“Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etməyə keçdim. PCR testindən keçdim. Nəticədə COVID-19-a yoluxduğum təsdiqləndi. Hazırda özümü yaxşı hiss edirəm. Bütün qaydalara riayət edərək evdə müalicə alıram. Ümid edirəm, tezliklə həmişəki həyat tərzimə qayıdacağam. Dəstəyiniz üçün çox sağ olun. Gəlin bir-birimizi qoruyaq və risklərin qarşısını almaq üçün Səhiyyə Nazirliyinin tövsiyələrini mümkün qədər yerinə yetirək", – deyə Zalkaliani bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google