Gürcüstan xarici işlər naziri Davit Zalkalianidə koronavirus
təsdiqlənib. Bu barədə məlumatı Baş nazirin müavini özü yayıb.
Zalkaliani, 23 yanvarda yoluxmuş şəxslə əlaqə qurduğunu, bundan
sonra özünü təcrid etdiyini və daha sonra PCR təstinin müsbət
çıxdığını bildirib. Nazirin sözlərinə görə, evdə müalicəsinə davam
edir:
“Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra
özümü təcrid etməyə keçdim. PCR testindən keçdim. Nəticədə
COVID-19-a yoluxduğum təsdiqləndi. Hazırda özümü yaxşı hiss edirəm.
Bütün qaydalara riayət edərək evdə müalicə alıram. Ümid edirəm,
tezliklə həmişəki həyat tərzimə qayıdacağam. Dəstəyiniz üçün çox
sağ olun. Gəlin bir-birimizi qoruyaq və risklərin qarşısını almaq
üçün Səhiyyə Nazirliyinin tövsiyələrini mümkün qədər yerinə
yetirək", – deyə Zalkaliani bildirib.