Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Kaxaber
Kemoklidze Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla
tanışlıq görüşü keçirib.
Görüşdə xanım səfirə şura və aparatın fəaliyyəti, həyata keçirilən
strateji layihələr barədə məlumat təqdim olunub.
Görüşdə tərəflər bölgədə təhlükəsizlik mühiti və mövcud çağırışları
müzakirə ediblər.
Söhbət zamanı Gürcüstanın strateji tərəfdaşı olan Türkiyə ilə
əməkdaşlığın və iki ölkə arasında dostluq münasibətlərinin önəmi
vurğulanıb.
Tərəflər Türkiyə səfirliyi və Milli Təhlükəsizlik Şurasının Aparatı
arasında əməkdaşlığın dərinləşdirilməsi perskepktivlərini də
nəzərdən keçiriblər.
Mənbə: report.az