“İ-Link” müştərilərinin abonent kodları dəyişib
“İ-Link” şirkəti müştərilərinin abonent kodları dəyişib. Bu barədə şirkətdən “Marneuli” radiosuna məlumat verdilər.

Məlumata görə, dəyişiklikliyə səbəb sürətli ödəmə terminalarında ödənişi həyata keçirmənin sadələşdirilməsi olub. Belə ki, müştərilər artıq istədikləri sürətli ödəmə terminallarından hesablarına daxil olaraq, balanslarına pul köçürə biləcəklər.

Müştərilər öz yeni kodlarını əldə etmək üçün 0706770777 nömrəsi ilə əlaqə saxlaya və yaxud ofisə müraciət edə bilərlər.

Qeyd edək ki, “İ-Link” internet şirkəti Marneuli, Bolnisi, Dmanisi və Tetritskaro bələdiyyələrində xidmət göstərir.

Print Email
FaceBook Twitter Google