Bir nəfər yetkinlik yaşına çatmayan şəxsin alveri ilə ittiham olunur

Gürcüstanın Baş Prokurorluğu, yetkinlik yaşına çatmayanların əmək alveri faktına görə P.M.-ya ittiham irəli sürüb.



Prokurorluqdan verilən məlumata görə, aparılan istintaq nəticəsində P.M.-nin qazanc əldə etmək məqsədilə yetkinlik yaşına çatmayanlar üçün əmək ticarəti planı hazırladığını müəyyən edilib.

"Maddi və başqa cəhətlərdən ondan asılı olan 2009-cu il təvəllüdlü uşağı N.M.-i 2015-ci ildən 2021-ci ilədək qazanc üçün istismar edib. P.M. N.M-i fiziki zorakılığa, psixoloji təzyiqlərə, fiziki zorakılıq təhdidlərinə məruz qoyaraq günün müxtəlif vaxtlarında, Tbilisinin müxtəlif küçələrində dilənmək və müxtəlif əşyalar satmağa və hər gün ona 50 lari ödəməyə məcbur edib, tələblərini yerinə yetirmədiyi təqdirdə azyaşlı fiziki və psixoloji istismara məruz qalıb, təhdid edilib və dilənçiliyə davam etməyə məcbur edilib. P.M. azyaşlı tərəfindən bu yolla toplanan vəsaiti mənimsəyib, öz istədiyi kimi xərcləyib. Azyaşlıya qarşı zorakılıq, dilənməyə məcbur etmək onun sağlamlığına, fiziki və mənəvi inkişafına ciddi zərər verib.
P.M. irəli sürülən ittihamlara görə günahını etiraf edib.

P.M., Cinayət Məcəlləsinin 1432-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə və 3-cü hissəsinin "b" və "e" bəndlərinə əsasən, maddi və digər cəhətlərdən ondan asılı azyaşlı uşağa qarşı şiddət tətbiq etməklə sağlamlığına zərər yetirmək və təhdid etməklə ittiham olunur. Bu cinayətlərə görə 14 ildən 17 ilədək həbs cəzası nəzərdə tutulur”,-deyə Prokurorluq bildirib.

Qurumdan verilən məlumata görə, təqsirləndirilən şəxs əvvəllər başqa bir cinayət işi üzrə həbs olunub. Müvafiq olaraq, Prokurorluq məhkəməyə hazırlıq iclasının tarixini təyin etmək üçün qanunla müəyyən edilmiş müddətdə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcəkdir.

“Gürcüstan Prokurorluğu "insan alverinə"-ə qarşı ciddi siyasət aparır. Əmək "alveri" faktlarını aşkar etmək və qarşısını almaq üçün Gürcüstan Baş Prokurorluğu tərəfindən insan alveri faktlarının aşkarlanması və qarşısının alınması üzrə işçi qrupu yaradılıb ki, bu da insan alverinə qarşı effektiv mübarizəni təmin etmək üçün dövlət qurumlarının işlərini əlaqələndirir
,"- deyə Prokurorluqdan bildirilib.

Mənbə: report.ge

 

Print Email
FaceBook Twitter Google