2021-ci il ərzində Marneuli bələdiyyəsi miqyasında 80-ə yaxın ağac
kəsilib/budanıb.
Marneuli bələdiyyəsinin təmizlik xidmətinin rəhbəri Leri Mumladze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ağacları yalnız
qurumuş olduğu halda kəsirlər.
“Bəzisi quruyub, bəzisi uzana-uzana gedir və elektrik
xətlərində problem yaradır. Yəni sağlam olan ağac budanır. Qurumuş
ağacların budanmasının isə mənası yoxdur və ona görə
kəsirik”, – Leri Mumladze bildirdi.
“Təmiz Marneuli”-nin direktorunun sözlərinə görə, indiki mərhələdə
əlavə 17-ə yaxın ağacın budanması planlaşdırılır. Mumladzenin
bildirdiyinə görə, qeyd olunan ağacların budanması
Ağməmmədli-Qırmızı Körpü istiqamətində nəzərdə tutulub. Həmin
ərazidən yüksək cərəyanlı elektrik naqilləri keçir. Bələdiyyənin
Təmizlik Xidməti qeyd olunan ərazidə üç gün elektrik enerjisi
verilməsinin dayandırılmasını tələb edib ki, işlər aparılan zaman
onların əməkdaşları xəsarət almasın.
Qeyd edək ki, bələdiyyə miqyasında ağacların budanması/kəsilməsi
işləri 15 martdan 20 mart tarixində qədər olan dövrdə başa
çatacaq.