"Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir" – Bidzina Kulumbeqov
"Azərbaycan və Türkiyədə tətbiq olunan Çinin "SinoVac" vaksini çox ümidverici görünür".

Bunu immunoloq-allerqoloq Bidzina Kulumbeqov Birinci kanalın "Günün mövzusu" proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan Çin vaksini də tədarük etməlidir: "Çində üç perspektivli peyvənd - "SinoVac", "Sinopharm" və "CanSino" preparatları hazırlanır. Çin bazarı əlçatanlıq baxımından ciddi bazardır, çünki orada böyük epidemiya yoxdur".

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google