"Azərbaycan və Türkiyədə tətbiq olunan Çinin "SinoVac"
vaksini çox ümidverici görünür".
Bunu immunoloq-allerqoloq Bidzina Kulumbeqov Birinci kanalın "Günün
mövzusu" proqramında deyib.
Onun sözlərinə görə, Gürcüstan Çin vaksini də tədarük etməlidir:
"Çində üç perspektivli peyvənd - "SinoVac", "Sinopharm"
və "CanSino" preparatları hazırlanır. Çin bazarı əlçatanlıq
baxımından ciddi bazardır, çünki orada böyük epidemiya
yoxdur".
Mənbə: report.az