Gürcüstanda koronavirusa 234 yeni yoluxma qeydə alınıb
Gürcüstanda ötən sutkada daha 234 nəfərdə koronavirus infeksiyası
aşkarlanıb, 9 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Beləliklə, ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 272 851-ə,
xəstəlikdən ölənlərin sayı isə 3 576-ya çatıb.
Son 24 saat ərzində sağalanların sayı 349 nəfər artaraq 266 693-ə
yüksəlib.