Gürcüstan yığmasının heyətində meydana çıxan futbolçu vəfat edib
1999 - 2000-ci illərdə 10 dəfə Gürcüstan yığmasının heyətində meydana çıxan futbolçu Tengiz Siçinava vəfat edib. Keçmiş yarımmüdafiəçi 49 yaşında dünyasını dəyişib.

Gürcüstan millisinin formasını geyinmiş Siçinavanın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Tengiz Siçinava 2005-ci ildə Tovuzun "Turan" klubunda, 2006-cı ildə isə İmişlinin "MKT-Araz" klubunda çıxış edib.
Print Email
FaceBook Twitter Google