Bu gün Ramazan bayramıdır
Bu gün Ramazan bayramıdır.
İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə
və müsafir olmayan müsəlmanlara vacibdir.
Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret
çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə
qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam
edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap
qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər
orucunuzu tamamlayın”.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan
ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan
müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb
imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Qeyd edək ki, Ramazan ayı aprelin 13-14-də başlamışdı.