Araflı kəndində Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO/VIDEO)
Bu gün, 13 may tarixində Marneuli rayonunun Araflı kəndində Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib. Xeyriyyə aksiyasında yoldan keçən kənd sakinlərinə və qonaqlara şirniyyatlar, xurma və su paylanılıb.

Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı aksiyanın təşkilatçılarından Nurməhəmmədəli Məmmədov məlumat verdi.

Onun sözlərinə görə, onlar dini bayramlar zamanı bu cür aksiyalar təşkil edirlər.

Sakinlər belə xeyriyyə aksiyalarını müsbət dəyərləndirirlər.

Aksiya səhər saatlarında başladı və günorta saatlarına kimi davam etdi.

Qeyd edək ki, tədbir xeyriyyəçi insanların dəstəyi ilə həyata keçirilib.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google