Marneulidə Ramazan bayramı münasibətilə dönər paylanılıb (FOTO/VIDEO)
Bu gün, 13 may tarixində Marneulidə Ramazan bayramı münasibətilə şəhər sakinlərinə və qonaqlara pulsuz dönər paylanılıb.

Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı İlqar (İqoş) Allahverdiyev verdi.

Onun sözlərinə görə, təmirdən sonra dönər evi yeni adla – "Adres şaurma" adı ilə fəaliyyətə başlayıb. Dönər evinin açılışı Ramazan bayramına təsadüf etdiyi üçün bu gün əhaliyə dönər pulsuz paylanacaq.

Növbə gözləyən sakinlər isə bu cür təşəbbüsü müsbət qarşıladılar.

Qeyd edək ki, Ramazan bayramı münasibətilə Marneuli və kəndlərində bu cür xeyriyyə aksiyaları keçirilir.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google