“Yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı
olan "Sinovac" vaksininin tətbiq edilən digər vaksinlərdən daha az
yan təsirləri var”.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib. Bildirib ki, ÜST-ün
vaksinlə bağlı ilkin qiymətləndirməsində onun "kifayət qədər yaxşı"
olduğu qeyd olunub.
A. Qamkrelidze qeyd edib ki, dünyada 100 milyondan çox adamın
peyvəndlənməsində istifadə edilən "Sinovac" vaksininin Gürcüstanda
tətbiqinə gələn həftədən başlanacaq.
Qeyd edək ki, Çin ötən ay Gürcüstana 100 min doza "Sinovac" vaksini
hədiyyə edib.
Mənbə: apa.az