Yunanıstanda gənc qadını öldürməkdə və qarət etməkdə şübhəli
bilinən 36 yaşlı Gürcüstan vətəndaşı həbs edilib. Yunanıstan
mətbuatının yaydığı məlumata görə, cinayətkar 20 yaşlı qadını
boğaraq öldürüb və saxta pasportla ölkəni tərk etməyə çalışıb.
Yunanıstanda yaşayan mühacirlərdən biri saxlanılan şəxsin 7 mart
tarixində Afina ətrafında gənc bir cütlüyə hücum edən 5 soyğunçudan
biri olduğunu yazıb. Məlumata
görə, 20 yaşlı qadın, körpəsi və
ərinin gözü qarşısında döyülüb. Dəstə daha sonra yaşlı bir cütlüyü
bıçaqlayaraq qarət edib.
İttiham oluna Gürcüstan vətəndaşı DNT əsasında şəxsiyyəti
müəyyənləşdirilərək Türkiyə sərhədində saxlanılıb.