Faxralı kəndinin sakinləri içməli su problemindən şikayətlənirlər (VİDEO)
Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinə 2020-ci ildə içməli su çəkilsə də, sakinlər yenə də su problemindən şikayət edirlər. Kənd sakinlərinin sözlərinə görə, içməli su ehtiyaclarını qarşılamaq üçün uzun məsafə qət edərək kəndin digər küçələrində yerləşən bulaqlardan su gətirməli olurlar.

Onların dediyinə görə, bulaqdan su günorta saatlarına kimi gəlir. Günün qalan saatlarında isə sakinlər susuz qalır və növbəti gün suyun gəlməsini gözləyirlər.

MarneuliFM · Faxralı Kəndində Yaşayan Sakinlər Içməli Su Problemindən Şikayətlənirlər


Faxralı və İmirhəsən kəndinin İcra nümayəndəsi Novruz Ayvazov “Marneuli” radiosu ilə söhbəti zamanı məsələdən xəbərdar olduğunu bildirdi. O, həmin küçədə illərdir ki, içməli suyun olmadığını dedi. Ayvazov qeyd etdi ki, yeni su quyusunun qazılması layihəsi planlaşdırılır. Layihə həyata keçirildikdən sonra həmin küçədə yaşayan 100-dən çox ailənin içməli su problemi həll olunacaq.

MarneuliFM · Faxralı və İmirhəsən kəndinin İcra nümayəndəsi Novruz Ayvazov


Novruz Ayvazov bildirdi ki, 2020-ci ildə kənddə yeni su quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Hal-hazırda həmin su quyusu 200-dən çox ailənin suya olan ehtiyacını təmin edir.


"Marneuli" Radiosu
Print