Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rik Daems
Gürcüstana işgüzar səfər edəcək.
AŞPA-nın saytının yaydığı məlumata görə, o iyulun 27-28-də
Gürcüstanda səfərdə olacaq.
AŞPA Prezidenti Gürcüstan parlamentinin spikeri, Baş nazir, xarici
işlər, ədliyyə və daxili işlər nazirləri ilə görüşlər
keçirəcək.
O, həmçinin insan haqları və sivil inteqrasiya komitəsinin sədri,
Gürcüstanın AŞPA-dakı parlament üzvləri ilə də görüşəcək.
Mənbə: apa.az