Gürcüstan 122,6 min ton türkmən benzini və dizel yanacağı idxal edib
Gürcüstan cari ilin yanvar-iyun aylarında Türkmənistandan 122 min 600 ton benzin və dizel yanacağı idxal edib ki, bu da ümumi idxalın 23 faizini təşkil edir.

Gürcüstana benzin və dizel yanacağını Türkmənistandan başqa Rusiya (109 min 700 ton), Azərbaycan (94 min 200 ton), Bolqarıstan (57 min 400 ton), Yunanıstan (11 min 100 ton), Türkiyə (8 min 100 ton) və Qazaxıstan (2 min 500 ton) ixrac edir.

Qeyd edək ki, Gürcüstan keçən il ilk dəfə “A-91” markalı türkmən benzinini idxal etməyə başlayıb.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google