Ermənistan-Azərbaycan dövlət sərhədində atışma davam edir – Azərbaycan MN
Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

Qeyd edək ki, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Məlumata görə, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Yaqublı Fərman Telman oğlu şəhid olub.
Print Email
FaceBook Twitter Google