Marneuli bazarında baş vermiş yanğın söndürülüb - xəsarət alan yoxdur
Marneuli bazarında baş vermiş yanğın söndürülüb. Fövqəladə Halların İdarəolunması Xidmətindən "Marneuli" rasiosun bildirdilər ki, hadisə yerində xəsarət alan olmayıb.

Yanğın Marneulinin ön bazarında baş verib. Bazarında yanğın axşam saatlarında baş verib.Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hadisə yerinə cəlb olunan Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları yanğının tam aradan qaldırılması üzrə işlərini davam etdirilir.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində bir neçə mağaza içərisindəki mallarla birgə yanaraq yararsız hala düşüb.

"Marneuli" radiosu bazar rəhbərliyinin nümayəndələri ilə əlaqə saxlamağa çalışır.

Təfərrüatları aydınlşdırdığımız halda material yenilənəcək.

Qeyd edək ki, yanğın bu gün, 20 oktyabr tarixində saat 21:00 radələrində baş verib.

İstifadə olunan şəkil interpress.ge-dən götürülüb.

Print Email
FaceBook Twitter Google