Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan turizmdən 865,8 milyon
ABŞ dolları gəlir əldə edib ki, bunun da 161,9 milyon dolları ötən
ayın payına düşüb.
Bu barədə ölkənin Milli Bankının analitik hesabatında
bildirilir.
Sənədə əsasən, sentyabrda ölkənin tuirizm gəlirləri ötən ilin eyni
dövrünə nisbətən 10,3 dəfə artıb.
Ötən ay Gürcüstan 209,6 min nəfəri turist olmaqla 223,5 min nəfər
beynəlxalq ziyarətçi qəbul edib. Bu, illik müqayisədə 4,3 dəfə
çoxdur.