Birinci Universitet Klinikasının baş direktoru Levan Ratiani,
koronavirusun yayılma sürəti belə dəvam etsə, yaxın gələcəkdə
klinikalarda boş çarpayı olmayacağını söyləyib.
Ratiani, bir çox insanın yalnız kütləvi peyvənd yolu ilə xilas
edilə biləcəyini söyləyərək əhalini bir daha peyvənd olmağa
çağırıb.
"Klinikada son 12 gündə boş yer qalmayıb. Bu pis
göstəricidir.
Epidemioloqların verdiyi məlumata görə, bu 5-ci dalğanın
başlanğıcıdır və xatırladığım qədəri ilə heç bir dalğa bu qədər
böyük rəqəmlə başlamayıb. Yəni bu, epidemioloqların dediyi kimi
dalğanın başlanğıcıdırsa, pik həddə çatanda nə olacağını təsəvvür
edin.
İkinci məqamla artıq mövsümi, yuxarı tənəffüs yolları yoluxmaları
yayılmağa başlayır. Bu, iki yoluxmanın əhaliyə yayıla biləcəyi
deməkdir. Bu səbəbdən, bu xəstəliyin insidansını əhəmiyyətli
dərəcədə artıracaq, çünki bir insan bu iki virusa yoluxması və ya
mövsümi bir qrip olduğu zaman immunitet sistemi daha da
zəifləyəcək. Bu, isə insanların vəziyyətini
ağırlaşdıracaq”, - deyə Levan Ratiani bildirib.