Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin məlumatına
görə, "COVID-19"-a qarşı "Astrazeneca" peyvəndinin ikinci dozası
üçün son tarix 31 oktyabrdır.
Noyabrın 1-dən "Astrazeneca"-nın ilk dozasını almış şəxslərə
"Pfizer", "Sinopharm" və ya "Sinovac" da daxil olmaqla istənilən
alternativ peyvənd təklif olunacaq.
Amiran Qamlrelidze "Netgazeti"-yə açıqlamasında "Astrazeneca"
peyvəndinə tələbat olmadığını və mövcud tədarüklərin sona çatdığını
söyləyib.
Oktyabrın 20-də 5194 nəfər peyvənd edilib. Gürcüstanda 914 311
nəfər tam peyvənd olunub, bu da yetkin əhalinin 32,0 faizini təşkil
edir. 1 017 863 nəfər isə bir doza ilə peyvənd edilib, bu da yetkin
əhalinin 35.8%-dir.